“Azelko” şirkəti Azərbaycanda mühəndislik və energetika sahələrini yeni bir mərhələyə qaldırmaq və bu sahəyə yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.
Bu gün biz, şirkət olaraq bütün gücümüzü istehlakçıların tələblərini qarşılamaq, insan kapitalına yatırım və yeni texnologiyaların tətbiqinə sərf etməkdəyik. Biz inanırıq ki, bu amillərin inkişaf etdirilməsi şirkətin bazardakı mövqeyinin möhkəmlənməsinə və əhatə dairəsinin genişlənməsinə daha çox təsir edir.
Ölkəmizin digər dövlətlərlə olan iqtisadi münasibətlərinin şaxələnməsi və müştərilərin artan tələbləri fonunda bazarda keyfiyyət indeksini qoruyub saxlamaq çətin olsa da, bu standartı qorumaq üçün hər gün çalışırıq.
Məqsədimiz dünyada energetika zəncirində baş verən dəyişikliklərə rəğmən yerli və xarici bazardan pay almaq, xarici bazara çıxış imkanlarımızı genişləndirməkdir. Buna nail olmaq üçün öz sahəmizdə olan şirkətlərlə korporativ münasibətləri inkişaf etdirir, onların təcrübələrini öyrənərək yerli bazarda tətbiq etməyi sınaqdan keçiririk. Bu da öz növbəsində bizim həm beynəlxalq şirkət kimi formalaşmağımıza, həm də daxili bazara müəyyən yeniliklər gətirməyimizə imkan yaradır.
Biz, “Azelko” şirkəti olaraq inkişafımızın hər mərhələsində cəlb etdiyimiz potensial kadrların gücünə inanır, hədəfimizə gedən yolda onlarla birlikdə addımlayırıq.




