Azelko şirkəti 2014-cü ildən fəaliyyət başlayıb və Azərbaycanda geniş çeşiddə 36kV-a qədər elektrik avadanlıqlarının (generator, transformator, müxtəlif gərginlikli EVX, paylayıcı quruluşlar, dispetçer və texnoloji idarəetmə vasitələri, uzununa və eninə kompensasiya qurğuları) istehsalı və satışı ilə məşğuldur.
Keyfiyyət və etibarlılığa əsaslanaraq, şirkət Azərbaycanda elektroenergetika avadanlıqlarının satışı sahəsində fəaliyyət göstərən seçilmiş şirkətlərdən biri olaraq 2017-ci ildə (şərti il) Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) sertifikatına layiq görülüb. Azelko şirkəti mütəmadi olaraq Azərbaycan və MBD ölkələrinin bir sıra şəhərlərində elektroenergetika sahəsində təşkil olunan ənənəvi sərgilərdə iştirak edir, öz məhsullarını beynəlxalq satış bazarlarına çıxarmaq məqsədilə yeni tərəfdaşlıqlar qurur. Şirkət ali təhsil müəssisələri ilə əməkdaşlığa böyük önəm verir, elektroenergetika ixtisası üzrə təhsil alan tələbələr üçün turlar təşkil edir, onları şirkətin iş mühiti ilə əyani olaraq tanış edir, elektrik avadanlıqlar üzərində praktiki dərslər təşkil edir və tələbələrin real təçrübə qazanmalarına şərait yaradır və dəstək olur.